Tək yaşayan vətəndaşlara ayda 500 dollar verəcək

 Tək yaşayan vətəndaşlara ayda 500 dollar verəcək

Cənubi Koreyanın Gender Bərabərliyi və Ailə Nazirliyi cəmiyyətdən təcrid olunmuş vətəndaşlara ayda 650 min Koreya vonu (təxminən 500 ABŞ dolları) verəcək.

Bu barədə Asayis.Az Report-a istinadən xəbər verir.

Cənubi Koreya cəmiyyətdən təcrid olunmuş vətəndaşların psixoloji və emosional sabitliyini dəstəkləmək üçün onlara aylıq müavinət ödəyəcək.

Qeyd olunub ki, 19-39 yaş arası koreyalıların təxminən 3,1%-i və ya 338 min nəfəri özlərini xarici aləmdən təcrid etmiş, qapalı məkanda və həyatda çətinliklər yaşayan subay gənclərdir.

Belə ki, gəliri ölkə üzrə orta səviyyədən (təxminən 4 165 ABŞ dolları) aşağı olan 9-24 yaş arası subay gənclərə aylıq yardım göstəriləcək.

17:00 - 16 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin