Abşeron sakini kirayədə yaşadığı evdə tanışını bıçaqlayıb

 Abşeron sakini kirayədə yaşadığı evdə tanışını bıçaqlayıb


 

Abşeronda kirayədə yaşadığı evdə tanışını bıçaqlayıb.

Asayis.az  report-a istinadən xəbər verir ki, hadisə aprelin 11-də rayonun Masazır qəsəbəsi, A.Ələsgərov küçəsində qeydə alınıb.

Belə ki, Cavad Rasim oğlu Məmmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı evdən götürdüyü bıçaqla qəsdən bir dəfə Murad Coşqun oğlu Vəliyevin sol kürək nahiyəsinə vuraraq ağır bədən xəsarətləri yetirib.
Cavad Məmmədli şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, zəruri istintaq hərəkətləri aparılır.

20:00 - 14 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin