Kiyevdə vəziyyət gərgindir: Rusiyanın diversiya qrupu şəhərdədir

 Kiyevdə vəziyyət gərgindir: Rusiyanın diversiya qrupu şəhərdədir

Ukrayna hərbçiləri və döyüş texnikası Kiyev şəhərinə daxil olub.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Şəhər meri Vitali Kliçko bildirib ki, şəhərdə müdafiə vəziyyəti elan olunub. O, şəhər sakinlərindən su və ərzaq tədarükü görməyi, sığınacaqlarda gizlənməyi xahiş edib.

“Vəziyyət ağır və gərgindir. Ukrayna ordusu Kiyev ətrafında müdafiə qurur. Təəssüf ki, düşmənin diversiya qrupu artıq Kiyevə soxula bilib”.

Rusiya Müdafiə Nazirliyi də Ukraynada davam edən hərbi əməliyyatla bağlı açıqlama yayıb.Qeyd olunub ki, Kiyevin qərb istiqaməti mühasirəyə alınıb, Qostomel aerodromu nəzarət altındadır, Çerniqov şəhərinin isə tam mühasirə vəziyyətindədir.

17:40 - 25 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin