Professordan jurnalistlərə ÇAĞIRIŞ - Bunu etməyin

 Professordan jurnalistlərə ÇAĞIRIŞ - Bunu etməyin

Xəbər verdiyimiz kimi, ötən gün Mətbuat Şurası media subyektlərini, jurnalistləri və populyar sosial şəbəkə istifadəçilərini insanların iztirabının, ağır durumlarının əks olunduğu foto və video görüntülərin paylaşılmasına həssas yanaşmalı olduğu ilə bağlı xəbərdarlıq edib. Hətta ictimai əhəmiyyət daşıyan hadisələrdə belə, ayrı-ayrı mənəvi detallara diqqət yetirilməsinin son dərəcə vacib olduğu qeyd olunub.

Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı BDU-nun professoru Qulu Məhərrəmli açıqlamasında bildirib ki, belə həssas mövzuların işıqlandırılmasıyla bağlı yüksək peşəkarlıq göstərilməlidir:

"Bu, çox ciddi mövzudur. Dəfələrlə bu barədə mətbuatda danışılıb, hətta Mətbuat Şurası bununla bağlı öz mövqeyini bildirib. Belə həssas mövzuların işıqlandırılmasıyla bağlı yüksək peşəkarlıq göstərmək lazımdır. Reportyorlar, fotoqraflar, sayt rəhbərləri, televiziya prodüserləri bu məsələdə çox həssas olmalıdırlar. Yəni, fotoların istifadə olunması, rakursların dəqiq gözlənilməsi, hansı məzmunda şəkillərin sayta qoyulması və s. bunlar ciddi məsələdir. Ona görə də, bu məsələni işıqlandıran jurnalist və ya hər hansı bir vətəndaş olsun, mütləq insan heysiyyatına toxunan, onu qıcıqlandıran, insanlarda neqativ duyğular yaradan materialların verilməsindən çəkinməlidir".

demokrat.az

13:10 - 14 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin