Putin Ukrayna ilə qarşılıqlı atəşkəslə bağlı danışıqlara hazırdır

 Putin Ukrayna ilə qarşılıqlı atəşkəslə bağlı danışıqlara hazırdır

Putin Ukrayna ilə qarşılıqlı atəşkəslə bağlı müzakirəyə hazırdır.

Putinin Ukrayna rəhbərliyi ilə danışıqlara hazır olduğunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. O bildirib ki, Vladimir Putin Ukrayna rəhbərliyi ilə onun neytral statusu və silahdan qarşılıqlı imtina ilə bağlı danışıqlara hazırdır.

Peskov bildirib ki, Kreml silahdan istifadədən qarşılıqlı imtina barədə danışıqlara Kiyevdən cavab gözləyir.

Qeyd edək ki, fevralın 24-də Vladimir Putin Donbasda hərbi əməliyyat elan edib. Bu bəyanat məlum olmamışdan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ruslara müraciət edərək müharibə istəmədiyinə inandırıb.

16:18 - 25 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin