Dələduzluq sxemi ilə külli miqdarda pul ələ keçirənlərdən xəbər var

 Dələduzluq sxemi ilə külli miqdarda pul ələ keçirənlərdən xəbər var

Sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb vətəndaşların külli miqdarda pul vəsaitlərinin ələ keçirməkdə ittiham olunan Amin Hüseynov, Habil Bədəlov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev və Yasin Əmirli barələrindəki hökmdən kassasiya şikayəti verilib.

Asayis.Az-ın məlumatına görə, Ali Məhkəməyə müraciət edən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Amin Hüseynov 2 il, Habil Bədəlov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev və Yasin Əmirli isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Daxili İşlər Nazirliyinə (DİN) son dövrlərdə əsasən sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb vətəndaşların külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə zərərçəkənlərdən çoxsaylı şikayətlər daxil olub. Araşdırma zamanı Azərbaycanda son dövrlər xüsusən internet istifadəçiləri arasında əsası 2018-ci ildə xarici ölkələrdən birində qoyulan “Crowd-1” dələduzluq sxeminin toruna düşən şəxslərin üstünlük təşkil etdiyi müəyyənləşdirilib.

Baş İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində yayılmış “Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyənləşdirilib. Qeyd olunan beynəlxalq dələduzluq piramida sxemini təşkil etməklə ona rəhbərlik edən Habil Bədəlov və digər beş şəxslə bağlı əməliyyat-texniki tədbirlər keçirilib, dəstənin cinayət əməlləri barədə sübutlar toplanılıb. Şəbəkəyə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib və onlar ilkin izahatlarında “Crowd-1”in piramida dələduzluq sxemi olduğunu etiraf ediblər. Onlara məxsus Bakı və Gəncədə şəhərlərindəki ofislərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər barəsində Cinayət məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Pravda.az

11:13 - 14 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin