Şamaxıda “Hummer” yandı

 Şamaxıda “Hummer” yandı

Şamaxıda avtomobil yanıb.

Asayis.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın rayonunun Acıdərə adlanan ərazisində baş verib.

Yanğın 1982-ci il təvəllüdlü Rzayev Elçin Həsənbala oğluna məxsus “Hummer” markalı avtomobildə olub.

Yanğın yerinə yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.

Avtomobilin yanar konstruksiyaları tamamilə sıradan çıxıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

10:00 - 13 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin