Röya Ayxandan şəhid olan hərbçilərimizlə bağlı paylaşım - FOTO

 Röya Ayxandan şəhid olan hərbçilərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Röya Ayxan Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı paylaşım edib.

Asayis.az xəbər verir ki, sənətçi şəhid olan hərbçilərimizə görə kədərli olduğunu bildirib:

"İndi xəbər tutdum, çox ağırdır. Laçın rayonu istiqamətində gərginlik yaranıb. Hərbçilərimiz şəhid olub, yaralılarımız var. Allah əsgərlərimizə güc versin! Başın sağ olsun, Azərbaycan".

Xatırladaq ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

18:45 - 12 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin