Ramzan Kadırov Kiyev yaxınlığında - Çeçen döyüşçülərə şəxsən rəhbərlik edir

 Ramzan Kadırov Kiyev yaxınlığında - Çeçen döyüşçülərə şəxsən rəhbərlik edir

Ukraynanın paytaxtı Kiyevə hücumda Rusiyanın Silahlı Qüvvələrinin birləşmələri arasında çeçen xüsusi təyinatlılar da olacaq.

Çeçenistanın Dövlət Teleradio Şirkəti Çeçenistan Prezidenti Ramzan Kadırovun Kiyev yaxınlığına səfəri ilə bağlı görüntülər yayıb.

R.Kadırovun köməkçisi isə İnstagram-da əvvəlcə Çeçenistan Prezidentinin Kiyevə yollandığı təyyarədən, sonra da çeçen döyüşçülərin olduğu məkandan görüntülər paylaşıb.

Çeçenistan Prezidentinin Administrasiyası Ukrayna və Rusiya mediasında, habelə sosial şəbəkələrdə yer alan bu xəbəri şərh etməyib.

12:53 - 25 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin