Xocalı soyqırımının ildönümü ilə bağlı Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

 Xocalı soyqırımının ildönümü ilə bağlı Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə saat 07:00-dan tədbir bitənədək Bayraq Meydanından Neftçilər Prospekti ilə bütün kəsişmələr, Parlament, Mikayıl Müşfiq istiqamətində yol bağlanılır.

Səməd Vurğun, Bülbül, Azadıq prospekti, Kövkəb Səfərəliyeva istiqamətində dəyişdirilir. Neftçilər prospektinə çıxışlar tam bağlanılır. Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

Hərəkət Neftçilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən düzünə 8 Noyabr prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti istiqamətindən müəyyən edilib.

Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti dəyişdiriləcək.

Avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edilir. Anım mərasimində iştirak etmək istəyənlərin ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.

09:36 - 25 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin