Tərtərdə 21 yaşlı gənc qətlə yetirilib

 Tərtərdə 21 yaşlı gənc qətlə yetirilib

Tərtərdə 21 yaşlı gənc bıçaqla qətlə yetirilib.

Rayon Prokurorluğundan a bildirilib ki, fevralın 23-də 2001-ci il təvəllüdlü Elgün Qurbanlının aldığı xəsarətlərdən Bərdə Rayon Diaqnostika Xəstəxanasında ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla 2004-cü il təvəllüdlü İlkin Nəzərovun münaqişə zamanı Elgün Qurbanlıya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. İlkin Nəzərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. İstintaq tədbirləri davam etdirilir.

16:11 - 24 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin