Zaqataladan evdən 15 min manatlıq qızıl oğurlandı

 Zaqataladan evdən 15 min manatlıq qızıl oğurlandı

Zaqatala rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş T.Babayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 3-cü Tala kəndindəki evlərin birindən 500 manat pul, 1200 ABŞ dolları və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

14:37 - 7 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin