"Aztikintiyol" şirkəti ilə bağlı məhkəməyə müraciət edildi

"Az Texnika LTD" MMC "Aztikintiyol" MMC ilə bağlı məhkəməyə müraciət edib.

Asayis.Az-ın məlumatına görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, "Az Texnika LTD" mülkiyyət hüququ ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələb irəli sürüb.

İddia hakim Zeynəb Axundovanln sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Pravda.Az

11:40 - 10 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin