"Araz Supermarket" MMC "Progress Construction Group" MMC ilə bağlı məhkəməyə müraciət edib.
Asayis.Az-ın məlumatına görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, "Araz Supermarket" müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Pravda.az