"Bazarstore"un anbarında yağın olub

Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, "Bazarstore" MMC-nin ümumi sahəsi 1210 m² olan mağazasının anbarında sahəsi 6 m² olan iş otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Asayis.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

11:14 - 10 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin