“Xaliq Faiqoğlu” şirkəti tərəfindən Bakıya gətirilmiş və müasir tələblərə cavab verən AVRO-6 standartlı 50 ədəd "Otokar" markalı, CNG mühərrikli avtobuslar marşrut xətləri üzrə istismara verilib.
Yeni nəqliyyat vasitələri 18, 61, 65 və 85 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə verilib.
Bu marşrut xətlərindən çıxarılan və AVRO-5 standartlarına tam cavab verən "İsuzu" markalı avtobuslar isə 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə daşımalara cəlb edilib.
Beləliklə Xırdalan şəhəri istiqamətində fəaliyyət göstərən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin tam yenilənməsi başa çatdırılıb.