Bu gün ilk Qədr gecəsidir

 Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

Asayis.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib.

Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 9, 11, 13 və 17 aprel tarixlərinə təsadüf edəcək.

Eyni zamanda təqvimə əsasən Ramazan bayramı aprel ayının 21-22-də qeyd olunacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

10:30 - 9 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin