Bakıda xəstəxana binası satışa çıxarıldı - FOTO

 Bakıda xəstəxana binası satışa çıxarıldı - FOTO

2 may 2023-cü il tarixində hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərin siyahısı açıqlanıb.

Asayis.az  xəbər verir ki, hərraca 19 müəssisə və obyekt çıxarılıb.

Hərraca çıxarılan obyektlərin siyahısı belədir:

  1. Gəncə şəhəri, Kəpəz rayonu, Z.Əliyeva küçəsi, 2-ci döngə, bina 10, İki mərtəbəli istehsal sexi
  2. Neftçala rayonu, Bankə qəsəbəsi, H.Əmənov küçəsi, 9A, 1 saylı bərbərxana
  3. Şəmkir rayonu, Keçili kəndi, “Çinar” soyuducular zavodunun Şəmkir filialı
  4. Şəmkir rayonu, Keçili kəndi, Şəmkir yun tədarükü məntəqəsi
  5. Goranboy rayonu, Qarapirimli kəndi, Yardımçı təsərrüfat
  6. Goranboy rayonu, Səfikürd kəndi, Qovlar tikiş fabrikinin Goranboy sahəsi
  7. Balakən şəhəri, Gözəlov küçəsi, 102, “Qubek Otel” İstirahət Zonası
  8. Qəbələ rayonu, Çuxur Qəbələ kəndi Qaraj binası
  9. İsmayıllı rayonu, Soltankənd kəndi, Soltankənd kənd Yaradıcılıq Evi
  10. Ağstafa rayonu, Köçəsgər kəndi, Mal fermasının yarımçıq tikilisi 
  11. Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi. Tikintisi yarımçıq qalmış 50 çarpayılıq xəstəxana binası
  12. Mingəçevir şəhəri, 106-cı məhəllə. Tikintisi yarımçıq qalmış qazanxana binası
  13. Şəki rayonu, Qızılarx kəndi. Əmlak kompleksi (tövlələr)
  14. Şəki şəhəri, Heydər Əliyev prospekti, 61A. Qeyri-yaşayış sahəsi (Yeraltı dayanacaq)
  15. Qazax rayonu, Xanlıqlar kəndi. Qeyri-yaşayış binası (Mağaza)
  16. Qazax rayonu, Qazaxbəyli kəndi. Qeyri-yaşayış binası (Mağaza)
  17. Masallı rayonu, Qəriblər kəndi, 26 saylı SMD-nin 1 və 3 saylı Xətti İstismar sahələri
  18. Oğuz şəhərinin şimal hissəsi, “Şahdağ” yeməkxanası
  19. Hacıqabul şəhəri, Babək küçəsi, 7, 16 mənzilli yaşayış binasının yarımçıq tikilisi

Qeyd edək ki, məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.

Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514 23 64

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN)

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

10:00 - 9 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin