Marixuananı su sayğacında gizlətdi, satmaq istəyəndə polis tutdu

 Marixuananı su sayğacında gizlətdi, satmaq istəyəndə polis tutdu

Nizami rayonunda narkotik vasitələri satmaq məqsədi ilə su sayğacında gizlədən şəxs saxlanılıb

Paytaxtın Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı  paytaxt sakini Orxan Məmmədov saxlanılıb.  Onun əlindəki bağlamaya baxış zamanı 3 kiloqram narkotik vasitə olan marixuana aşkar edilib. Aparılan araşdırmalar zamanı Orxan Məmmədovun Nizami rayonu ərazisində binalardan birinin girişində su sayğacının işərisində gizlətdiyi əlavə olaraq 60 qram narkotik vasitə də aşkar olunaraq götürülüb. 


Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə müəyyən edilib ki, Orxan Məmmədov xarici ölkələrdə yaşayan narkotacirlərdən biri tərəfindənm narkotik vasitələrin satışını təşkil etmək üçün narkokuryerliyə cəlb edilib. 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.


10:57 - 24 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin