Vidadi Muradovun müsadirə olunmuş şirkəti məhkəməyə verildi

 Vidadi Muradovun müsadirə olunmuş şirkəti məhkəməyə verildi

"Euro Style LTD" MMC "Azər İlmə" MMC ilə bağlı məhkəməyə müraciət edib.

Asayis.Az-ın  məlumatına görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, "Euro Style LTD" müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - sair öhdəliklər üzrə mübahisələ barədə tələb irəli sürüb.

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: "Azər İlmə" MMC şirkəti “Azərxalça”nın sabiq sədri, ev dustaqlığında ölən Vidadi Muradova məxsus olub. 11 milyon dəyərində olan şirkət keçmiş sədr həbs edilən zaman müsadirə olunmuşdu.

Pravda.az

10:00 - 8 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin