Abşeronda bir evdə 3 nəfərin çürümüş meyiti aşkarlanıb - YENİLƏNİB

 Abşeronda bir evdə 3 nəfərin çürümüş meyiti aşkarlanıb - YENİLƏNİB

Abşeron rayonunda bir evdə 3 nəfərin dəm qazından boğularaq ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisə Saray qəsəbəsində qeydə alınıb. Evlərdən birində 3 kişi meyiti aşkar edilib. Meyitlərə keçirilən baxış zamanı onların dəm qazından boğularaq öldüyü məlum olub. Hadisənin bir müddət əvvəl baş verdiyi ehtimal olunur. Belə ki, hər 3 meyit çürümüş vəziyyətdə olub. Ölən şəxslərin İmişli rayon sakinləri - 1966-cı il təvəllüdlü Nərimanov Akif Bəybala oğlu, 1965-ci il təvəllüdlü Əliyev Gülağa Kamil oğlu və 1981-ci il təvəllüdlü Alışov Elşən Eldar oğlu olduğu müəyyən edilib.

13:05 - 7 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin