Bakının köhnə "avtoşu" Əcəmi və "Beşmərtəbə" dairəsində şou göstərdi

 Bakının köhnə

Bakıda avtoxuliqanlıq edən sürücünün videoları sosial şəbəkədə yayılıb. 

77-BA-242 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü paytaxtın Memar Əcəmi metrostansiyasının yanındakı dairədə və əvvəlki "Beşmərtəbə" adlanan dairədə avtoxuliqanlıq hərəkətlərinə yol verib. Belə ki, yüksək sürətlə hərəkət edən sürücü avtomobili fırladaraq yolun kənarında dayanan insanlara şou göstərib.

Məlumata görə, avtoxuliqanlıq edən sürücü bundan əvvəl də idarə etdiyi avtomobillərlə avtoxuliqanlıq hərəkətlərinə yol verdiyi üçün məsuliyyətə cəlb edilib.

14:17 - 23 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin