10-dan çox avtobusun hərəkət qrafiki dəyişir - SİYAHI

 10-dan çox avtobusun hərəkət qrafiki dəyişir - SİYAHI

Bakıda "Azneft" dairəsinin bağlanmasına görə avtobusların hərəkət qrafiki dəyişəcək.

Bu barədə Asayis.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.

Qeyd olunub ki, paytaxtın “Azneft” dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri ilə əlaqədar olaraq bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq.

Bu səbəbdən “Azneft” dairəsi istiqamətində 5, 6, 18, 88, 125, 127, 205 10, 53, 65 və E1 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların hərəkəti alternativ yollardan keçməklə təşkil ediləcək.

13:46 - 7 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin