Azərbaycanlı deputatlar İrəvanda Göy məsciddə - FOTO

 Azərbaycanlı deputatlar İrəvanda Göy məsciddə - FOTO

Ermənistanda səfərdə olan azərbaycanlı deputatlar Göy məscidi ziyarət ediblər.

Bu barədə deputat Tahir Mirkişili paylaşım edib.

“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir.

Divarlarında başqa dövlətə aid yazılar olsa da, divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur”, - deyə paylaşımda bildirilir.

Xatırladaq ki, Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST PA-da iclasında iştirak etmək üçün Ermənistanın paytaxtına gediblər.

14:16 - 23 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin