Bir müddət əvvəl şantaj fotoları ilə gündəm olmuş keçmiş prokurora vəzifə verildi

 Bir müddət əvvəl şantaj fotoları ilə gündəm olmuş keçmiş prokurora vəzifə verildi

Bir müddət öncə fəaliyyətinə xitam verilmiş tanınmış prokuror Tariyel Qurbanova Müdafiə Sənayesi Nazirliyində vəzifə verilib.

Asayis.Az xəbər verir ki, Tariyel Qurbanov müdafiə sənayesi naziri Mədət Quliyevin müşaviri təyin olunub.

Qeyd edək ki, Tariyel Qurbanov daha əvvəl Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub. Baş Prokurorluqda idarə rəisinin müavini kimi çalışıb. Son olaraq Abşeron rayon prokurorluğunda işləyib.

Xatırladaq ki, Tariyel Qurbanovun 2023-cü il yanvarın 16-da öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Xəbəri ilk olaraq heftelik.az saytı yayıb.

Onu da qeyd edək ki, T.Qurbanov Dİni Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır və o bir müddət əvvəl fotoları ilə şantaj olunması ilə gündəm olmuşdu.  

Qafqazinfo

10:10 - 7 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin