Milli parkın 5,1 hektar ərazisi yol layihəsinə düşür

 Milli parkın 5,1 hektar ərazisi yol layihəsinə düşür

İsmayıllı - Qəbələ yolunun genişləndirilməsi  çərçivəsində milli parkın 5,1 hektar ərazisi yol layihəsinin tərkibinə düşür.
Asayis.Az 
xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov bildirib.

O, deyib ki, dərhal bu hissələr konpensasiya olunmalıdır:

"İlkin qiymətləndirmədə 8 min 48 ağac layihəyə düşür. 

Biz istəyirik ki, bu yolun ətrafında nə qədər ağacsız ərazi varsa, həmin ərazilərdə ağac salınsın və konpensasiya prosesi reallaşdırılsın. Layihə çərçivəsində bütün bu məsələlər nəzərə alınıb".


Demokrat.az

16:55 - 6 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin