TƏBİB: Zəhərlənən şagirdlərdən 1-nin vəziyyəti ağırdır

 TƏBİB: Zəhərlənən şagirdlərdən 1-nin vəziyyəti ağırdır

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə zəhərlənən şagirdlərin durumu açıqlanıb.

Asayis.Az xəbər verir ki, TƏBİB-dən Report-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib:

"6 nəfər (4-ü qız, 2-si oğlan) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".

16:04 - 6 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin