Bakı Nəqliyyat Agentliyi daha bir yolda sürət həddini aşağı saldı - Agentliyin məqsədi nədir?

 Bakı Nəqliyyat Agentliyi daha bir yolda sürət həddini aşağı saldı - Agentliyin məqsədi nədir?

Daha bir yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.

Bu barədə Asayis.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Bakı-Şamaxı yolunda (Bakı şəhərinin inzibati ərazisinə düşən hissəsi) müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 70 km/saatdan 60 km/saat-a endirilib.

Qeyd olunub ki, bu dəyişiklik yol hərəkəti təhlükəsizliyi səviyyəsini qaldırmaqla bərabər, sürücülərdə çaşqınlıq yaranmamasına və lüzumsuz cərimələrdən yayınmalarına səbəb olacaq:

"Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik".

15:41 - 6 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin