"Volt Azərbaycan" MMC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı Regional Bölməsi ilə bağlı məhkəməyə müraciət edib.
Asayis.Az-ın məlumatına görə, bu barədə MMC Bakı İnzibati Məhkəməsinə üz tutub.
Belə ki, şirkət inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlər barədə tələb irəli sürüb.
İddia Tural Məlikovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.