Arvadını və qayınanasını bıçaqladığına görə xəstəxanaya göndərilən şəxslə bağlı QƏRAR

 Arvadını və qayınanasını bıçaqladığına görə xəstəxanaya göndərilən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda keçmiş həyat yoldaşını və onun anasını avtomobillə vuran, daha sonra onları bıçaqlayan Fədail Atakişiyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Asayis.Az-ın məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onunla bağlı verilən şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fədail Atakişiyev 1 saylı Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına  əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılılıb.

İttihamda göstərilib ki, Fədail Atakişiyev Sabunçu rayonu Bakıxanov qəsəbəsində idarə etdiyi minik avtomobili ilə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişyevanı qəsdən vurub.

 

Bununla da qisası soyumayan Fədail Atakişiyev avtomobildən düşərək əvvəlcə Ramidə Atakişiyevanı bıçaqlayıb. Daha sonra o, keçmiş qayınanası Narın Ağayevaya bıçaqla bir neçə xəsarət yetirib.

 

Ətrafda olanlar hadisəyə müdaxilə ediblər. Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlər iki şəxsin həyatını xilas edə biliblər.

 

İlkin məlumata görə, Fədail Atakişiyev həyat yoldaşından ayrılsa da, onlar arasında ədavət davam edirmiş. Aralarındakı son danışıqdan sonra Fədail Atakişiyev keçmiş arvadını öldürmək qərarına gəlib.

 

Elan olunmuş ittihamla Fədail Atakişiyev özünü qismən təqsirli bilib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Pravda.az

10:30 - 6 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin