"Tərtər işi" ilə bağlı həbs olunan general və dəstəsinin məhkəməsi başladı

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov, onunla birlikdə mühakimə olunan Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Asayis.Az 
xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məlum olub ki, təqsirləndirilən Ziya Kazımov və Ülvi Rəşidov azadlıqadır. Onlar barəsində başqa yerə getməmək barədə iqətimkan tədbiri seçilib. 
Anket məlumatların görə, Ziya Kazımov "N" saylı hərbi-hissənin tabor komandiri olub.
təqsirləndirilən İntiqam Məmmədovun vəkili vəsatətlə çıxış edib. Vəkil müvəkkilinin istintaq təcridxanasından yaxınları ilə əlaqə saxlamasına icazə verilməsini xahiş edib.
Hakim bu məsləninin araşdırılacağını bildirib.
Rahib Məmmədovun vəkili isə təqsirləndirilən şəxslərin qollarındakı qandalın açılmasını xahiş edib. Hakim Zeynal Ağayev dərhal təqsirləndirilən şəxslərin qandallarının çıxarılmasını göstəriş verib.
Ziya Kazımovun vəkili müvəkkili barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, İntiqam Məmmədovun vəkili isə işin ibtidai araşdırmaya prosesual rəhbərlik edən prokurora qaytarılması ilə bağlı vəsatət veriblər.

Digər vəsatət isə Bəkir Orucov, Rahib Məmmədov və İntiqam Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub.

Daha sonra prosesdə iştirak edən zərərçəkmiş şəxslər də vəsatətlərlə çıxış ediblər. Zərərçəkmiş şəxslərin əksəriyyəti onlara dəymiş maddi və mənəvi ziyana görə konpensasiya ödənilməsini istəyiblər. Bir neçə zərərçəkmişin isə vəsatəti orduya bərpa olunmaq istəmələri ilə bağlı olub.
Zərərçəkmiş şəxslər vəsatətlə çıxış edərkən Bəkir Orucovun adını çəkib, onun işgəncə verdiyini görmədiklərini deyiblər.

Zərərçəkmiş Orxan Səfərov isə general-leytenant Mais Bərxudarovun da həbsdə olmalı olduğunu deyib. 

Məhkəmə təqsirləndirilən şəxslərin və onların vəkillərinin qaldırdığı vəsatətlər əsassız sayıb və təmin edilməyib. 
Zərərçəkmiş şəxslərin vəsatəti isə baxılmamış saxlanılıb. Onlara maddi və mənəvi ziyana görə mülki iddia qaldıra biləcəkləri izzah olunub. 

Növbəti proses aprelin 13-ə təyin edilib.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.
Cinayət işi üzrə 63 nəfər zərərçəkmiş qismində tanınıb.
Demokrat.az

16:29 - 5 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin