Cəlilabadda noxud oğruları tutulub

 Cəlilabadda noxud oğruları tutulub

Cəlilabadda işlədiyi təsərrüfatın anbarından 7000 manat dəyərində noxud oğurlayan rayon sakini saxlanılıb. Həmin şəxsin oğurluğu qohumları ilə birlikdə etdiyi müəyyən edilib. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayonu sakini olan bir nəfər polisə  müraciət edərək ona məxsus anbardan 1700 kiloqram noxudun oğurlanması barədə məlumat verib. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin təsərrüfatda işləyən Seymur Qurbanov və qohumları Elşən Məmmədov və Şahmar Şahmarov müəyyən edilərək saxlanılıblar. Ayrı-ayrı vaxtlarda gecə saatlarında həmin anbardan oğurladıqları noxudu S.Qurbanovun idarə etdiyi traktorla daşıyaraq satdığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

10:23 - 23 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin