Bakıda taksi sürücüsü müştəri tərəfindən döyülüb

 Bakıda taksi sürücüsü müştəri tərəfindən döyülüb

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi qeydə alınıb.

Bakıxanov qəsəbəsində 1984-cü il təvəllüdlü Qasımov Sənan Qasım oğlu idarə etdiyi avtomobillə müştərisini sifariş verilən ünvana çatdırıb.

Lakin müştəri onunla mübahisə edib. Mübahisə zamanı taksi fəaliyyəti ilə məşğul olan S.Qasımov döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Yaralanan sürücü xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

10:21 - 23 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin