Biz Rusiya imperiyası yaratmırıq

 Biz Rusiya imperiyası yaratmırıq

"Rusiyanın imperiyanı bərpa etməyə hazırlaşması həqiqətə uyğun deyil".

Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük və demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil”.

Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşündə bildirib.

“Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf etdi və Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq”, - deyə Rusiya Prezidenti qeyd edib.

21:29 - 22 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin