Avtobusdan düşən məktəblini yük maşını vurdu

 Avtobusdan düşən məktəblini yük maşını vurdu

Qax rayonunda 1-ci sinif şagirdini yük avtomobili vurub.

Hadisə bu gün günorta saatlarında rayonun Qaxbaş kəndində baş verib.

Rayon sakini 7 yaşlı Nihat Sarıyev marşrut avtobusundan düşüb yolu keçmək istəyən zaman onu hərəkətdə olan "Ford" markalı yük avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Nihad Qax Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 7 yaşlı Nihat Sarıyev Qax şəhər 1 saylı tam orta məktəbin 1-ci sinif şagirdidir.

17:05 - 22 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin