Sumqayıtda yaşayış binasında yanğın, sakinlər təxliyyə olunub

 Sumqayıtda yaşayış binasında yanğın, sakinlər təxliyyə olunub

Sumqayıtda yaşayış binasında yanğın olub.

Məlumata görə, hadisə şəhərin 40-cı məhəlləsində, Bakı küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. 

Yanğın binanın 6-cı mərtəbəsində yerləşən mənzildə olub. Baş vermiş hadisə ilə bağlı bina sakinləri təxliyyə edilib.

Yanğın qısa zaman ərzində söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

15:37 - 22 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin