İsveçdə öldürüldüyü iddia edilən Şəbnəmin cənazəsi ailəsinə təhvil verildi

 İsveçdə öldürüldüyü iddia edilən Şəbnəmin cənazəsi ailəsinə təhvil verildi

ARB TV-nin “Səni Axtarıram” verilişində İsveçdə ölən qızın cənazəsi Azərbaycana gətirilərək kanalın qarşısında ailəsinə təhvil verilib.

Xatırladaq ki, mərhum Şəbnəmin anası Fəzilə xanımın “Səni Axtarıram”a müraciəti qızının cənazəsinin İsveçdən Azərbaycana gətirilməsi ilə bağlı olub.

Şəbnəmin həyat yoldaşı Elvinin və qayınanası Aygünün dediyinə görə, Şəbnəm intihar edərək özünü gölə atıb. Deyilən ölüm səbəbinə inanmayan mərhum qızın valideynləri onun əri və qayınanası tərəfindən öldürüldüyünü iddia edirlər.

Onu da qeyd edək ki, Şəbnəmin cənazəsinin İsveçdən Azərbaycana gətirilməsinə həyat yoldaşı Elvin maneə olurdu. Cənazənin Azərbaycana köçürülməsində dəstək olanlar və eyni zamanda verilişin aparıcısı Xoşqədəm Hidayətqızı Elvin və arxasında duran şəxslər tərəfindən hədələnirdi.

12:58 - 22 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin