Samuxda ev yanıb, azyaşlı xəsarət alıb

 Samuxda ev yanıb, azyaşlı xəsarət alıb

Samuxda yanğın hadisəsi baş verib.

Hadisə rayonun Seyidlər kəndində qeydə alınıb. Kənd sakininə məxsus 3 otaqlı evdə anidən yanğın başlayıb. Dərhal FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı 2019-cu il təvəllüdlü Bayramov Bakir Emin oğlu yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

12:56 - 22 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin