Oğurluğa görə həbsdə yatmış şəxs 55 minlik oğurluq etdi

 Oğurluğa görə həbsdə yatmış şəxs 55 minlik oğurluq etdi

Tərtərdə evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayon sakini fərdi yaşayış evindən 15 000 dollar, 10 000 manat və 20 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib.

Oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüqar Baxşəliyev saxlanılıb. Həmin şəxsdən oğurladığı pulun bir qismi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə V.Baxşəliyev barəsində həbs qətimkan tədbiri seçilib.

12:52 - 22 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin