İtkin düşən 90 yaşlı kişinin meyiti tapıldı

 İtkin düşən 90 yaşlı kişinin meyiti tapıldı

Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapılıb.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, martın 16-da itkin düşən Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlunun meyiti bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

12:00 - 28 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin