"Tik-tok" sosial şəbəkəsində açdığı yayımlarla məşhurlaşan Əmrah Məhərrəmov saxlanılıb.
Asayis.az shownew.az-a istinadən xəbər verir ki, hazırda o, Nərimanov Rayon Məhkəməsindədir.
Qeyd edək ki, bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu bir sıra tiktokçudan DİN-ə şikayət edib. Onların arasında Ə.Məhərrəmov da olub. Lakin adıçəkilən şəxs Gürcüstanda olduğu üçün onun Azərbaycana dönüşü gözlənilib. Bu gün ölkəyə gələn Ə.Məhərrəmov saxlanılıb.