"BakuBus"un avtobusu qəza törətdi

Bakıda “BakuBus” MMC-ə məxsus 14 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəza törədib.

Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Qeyd olunub ki, hadisə səhər saatlarında paytaxtın Nəsimi rayonunda Füzuli küçəsində baş verib. 99-JJ-825 dövlət nömrə nişanlı sərnişin avtobusu yol kənarındakı səkinin üstünə çıxıb. Sürücü ayağından yüngül xəsarət alıb. Sərnişinlərin heç biri xəsarət almayıb. İlkin ehtimallara görə qəzaya avtobusun qarşısına çıxan digər avtomobil səbəbindən sürücünün idarəetməni itirməsi olub.

12:16 - 21 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin