İranın Təbriz şəhərində döyüş təyyarəsi qəzaya uğrayıb.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilir ki, İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə şəhərin Moncam bulvarındakı idman kompleksinin ərazisinə düşüb.
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.