Bakıda ana və iki övladını öldürən şəxs tutuldu, kürəkən 20 min manata görə qətl törədib

 Bakıda ana və iki övladını öldürən şəxs tutuldu, kürəkən 20 min manata görə qətl törədib

Paytaxtın Nizami rayonunda 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları - 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətl etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində az öncə saxlanılıb. 

İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

08:02 - 21 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin