Nizami rayonunda ana və iki övladının qətli ilə bağlı təfərrüatlar məlum olub.
Məlumata görə, hadisə baş verən gecə evdən çığırtı səsləei gəlib. Bu eşidən qonşular polisə məkumat veriblər. Lakin polis “ailə münaqişəsi” deyərək, hadisəyə müdaxilə etməyib.
Qonşuların sözlərinə görə, bir neçə saat sonra səslər kəsilib. Səhər isə qətldən xəbər tutublar.
Şahidlərin iddiasına görə, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladını mərhumun kürəkəni törədib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.