Naxçıvanda Türkiyə vətəndaşları arasında - Kütləvi dava

 Naxçıvanda Türkiyə vətəndaşları arasında - Kütləvi dava

Naxçıvan Muxtar Respublikasında Türkiyə vətəndaşı olan bir qrup şəxs arasında kütləvi dava-dalaş olub.

Asayis.az-ın əldə etdiyi məlumata görə, hadisə vaxtı Naxçıvan Dövlət Universitetinin tələbələri olan 1999-cu il təvəllüdlü U.Dost və S.Abdulrahim döyülüb. Xəsarət alan tələbələrə tibbi yardım göstərilib.
 

İlkin araşdırma zamanı onların Türkiyə vətəndaşı olan 1997-ci il təvəllüdlü F.Demir və 2001-ci il tvəllüdlü Y.Subaşı tərəfindən xuliqanlıq zəminində döyülməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

13:00 - 22 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin