Gəncədə 2 “Jiquli” toqquşub - FOTO

 Gəncədə 2 “Jiquli” toqquşub - FOTO

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. 

Hadisə şəhərin Adilxan Ziyadxanov küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" ilə "VAZ-2106 "markalı minik avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


11:58 - 20 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin