"Paşa-P"yə məxsus inkassator avtomobili qızı vurub öldürdü

Sabirabadda inkassator avtomobilinin vurduğu məktəbli qız xəstəxanada ölüb.

Asayis.Az Pravda.az-a istinadən xəbər verir ki, martın 17-si saat 15:00 radələrində 1978-ci il təvəllüdlü Zeynalov Rauf Süleyman oğlu idarə etdiyi "Paşa-P"yə məxsus inkassator “Ford Transit” markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedçi, 1972-ci il təvəllüdlü Əliyev Suliddin Lətif oğlunu vurub. Nəticəsində S.Əliyev hadisə yerində ölüb və oturacaqda əyləşən onun qızı, 2011-ci il təvəllüdlü, 2-ci sinif şagirdi Əliyeva Zeynəb Suliddin qızı xəsarətlər alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra yaralı "City Hospital" klinikasına yerləşdirilib. Martın 20-si saat 10:05-də məktəbli müalicə aldığı həmin klinikada vəfat edib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

12:09 - 21 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin