Zərdabda ev yandı, İki nəfər öldü, 3 nəfər yaralandı

 Zərdabda ev yandı, İki nəfər öldü, 3 nəfər yaralandı

Zərdabda evdə iki nəfərin ölümü ilə nəticələnən yanğında daha üç ailə üzvü xəsarət alıb.

Xəsarət alanlar 6 yaşlı Əhmədov Gülməmməd və nənəsi Gülayə Əhmədova ağır yanıq xəsarətləri ilə Bakıya çatdırılıb. Yaralılar 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.

Hadisə zamanı evdə olan azyaşlıların babası Ağabala Əhmədov isə yüngül xəsarət aldığı üçün ona ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, rayonun Çallı kəndində baş verən hadisə zamanı ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

20:01 - 19 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin