Bakıda bayram tonqalı qorxulu anlara səbəb oldu - ANBAAN VİDEO

 Bakıda bayram tonqalı qorxulu anlara səbəb oldu - ANBAAN VİDEO

Ötən gecə paytaxtda qalanan İlaxır çərşənbə tonqalları ağacların yanmasına səbəb olub.

Asayis.Az xəbər verir ki, hadisə Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində baş verib.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış binasının həyətində vətəndaşlar tərəfindən tonqal qalanması səbəbindən yanğının yaxınlıqdakı 2 şam ağacına keçdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının digər ağaclara və geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.

12:23 - 15 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin